
Bu gün Olimpiadada keçirdiyi 4 görüşü də “ippon”la qalib gələrək finala çıxan
cüdoçumuz Elnur Məmmədli (73 kq), finalda Cənubi Koreyalı Ki Çun Vanq rəqibini
“ippon”la məğlub edərək olimpia çempionu oldu. Cüdoçumuz Azərbaycana Olimpiya
oyunlarında ilk qızıl medalı qazandırdı .
Qeyd edək ki, Elnur Məmmədli ilk
döyüşdə Belçikalı rəqibi Van Tiçhelt Dirki, İkinci döyüşdə Belaruslu Konstantin
Semyenovu , ¼ finalda Koreya Xalq Demokratik Respublikasının idmançısı Kim Çol
Sunu, yarımfinalda isə İran cüdoçusu Əli Malomatı “ippon”la məğlub edərək
təmiz qələbə qazanmışdı.