
İspaniyanın “Valensiya” futbol klubu heyətinə yeni oyunçu gətirib. Klub
Hollandiyanın “Ayaks” klubunun müdafiəçisi olmuş 22 yaşlı futbolçu Xidviqez
Maduronu transfer edib. Bu transfer “Valensiya” rəhbərliyinə 2 milyon avroya
başa gəlib. Xatırladaq ki, Valensiya rəhbərliyi klubu böhrandan çıxarmaq üçün
ötən ilin oktyabr ayında baş məşqçi Kiki Sançes Floresi istefaya göndərmiş, onun
yerinə PSV-nin çalışdırıcısı Ronald Kumanı gətirmişdi.