"Qızıl top"a kimi layiq bilib?
Son dünya çempionu olan İspaniya yığma komandasının baş məşqçisi Visente del Boske mundialın ən yaxşı futbolçusunun adını açıqlayıb. Baş məşqçi Dünya Çempionatı-2010-nun ən yaxşı futbolçusu adına Lionel Messinin layiq olduğunu düşünür. Del Boske Messinin hər oyunda 20-yə yaxın qol vəziyyəti yaratdığını, ancaq bu imkanlardan istifadə edə bilmədiyini bildirib.
Xatırladaq ki, Messi Dünya Çempionatını bir qol belə vurmadan tərk edib. Mundialın ən yaxşı futbolçusu adına isə uruqvaylı Diyeqo Forlan layiq görülüb./anspress.com/