Çimərlik futbolu komandamız rəqibini gözləyir
İtaliyanın Bibiano şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası 1/8 final mərhələsinə vəsiqə qazanıb.
AFFA-dan verilən məlumata görə, qrupda keçirdiyi ilk oyunda Çexiya yığmasına 5:4 hesabı ilə qalib gələn millimiz ikinci qarşılaşmada fransalı futbolçulara məğlub olmuşdu – 8:10.
Qazaxıstan yığması üzərində 9:2 hesabı ilə qələbə qazanan millimiz qrupda ikinci yeri tutaraq növbəti mərhələyə vəsiqə qazanıb./anspress.com/