Mundialın rəsmi topu ağlasığmaz qiymətə satıldı
Dünya Çempionatı-2010-un rəsmi topu “Jabulani” hərraca çıxarılıb. Top 16,7 min avroya satılıb.
Topun satışından əldə edilən gəlir CAR-ın sabiq prezidenti Nelson Mandela tərəfindən yaradılan xeyriyyə fonduna köçürüləcək.
Xatırladaq ki, bu fond Nelson Mandelanın şəxsi təşəbbüsü ilə yaradılıb və adı “46664”dür. Fond dünyada yoxsul insanlara yardım əlini uzatmaqla məşğuldur./anspress.com/