17 min avroluq vuvuzela
Avstriyalı zərgər plastik vuvuzelanı 17 min avroya (20 080 dollar) satıb. Afrika milli musiqi alətinin bu qiymətə satılmasına səbəb isə onun ağ qızıl və brilyantla bəzədilməsi olub. Vuvuzelanı bir nəfər rusun aldığı bildirilsə də, onun adı açıqlanmır. Aləti almış şəxs qeyd edib ki, zərgərlik nümunəsini iyulun 11-də keçiriləcək Dünya çempionatının final matçı zamanı CAR-dan olan biznes-partnyoruna hədiyyə edəcək.
Bahalı metal və qaşla bəzədilmiş alətin səsinin isə elə digər alətlər kimi çıxdığı bildirilir./anspress.com/