
«Barselona»nın argentinalı futbolçusu Lionel Messi «Qalatasaray»ın baş məşqçisi Frank Raykaardın ünvanına təriflər yağdırıb.
Hazırda dünyanın ən güclü futbolçusu sayılan Messi «Daily Express»ə müsahibəsində bu səviyyəyə çatmasında hollandiyalı mütəxəssisin rolunu qeyd edib, Raykaardın onun üzərindəki əməyini heç zaman unutmayacağını söyləyib.
«Raykaarda minnətdaram! Hələ 17 yaşımda olarkən və ətrafımdakı insanlar tərəfindən dəstəklənmədiyim dönəmdə o, mənə şans verdi. Əgər uğurlu çıxış etməsəm, buna görə Raykaardın tənqid hədəfinə çevriləcəyini bilirdim. Bu üzdən də onu heç zaman unutmayacağam», - deyə ulduz futbolçu bildirib.