“Çelsi” Maurinyoyla bacarmadı
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Apasport.az saytının məlumatına görə, gərginliyi ilə yadda qalan 8 oyunun heç
birində iki top fərqli qələbə qeydə alınmadı. Bu səbəbdən cavab görüşlərinin
daha maraqlı olacağı şübhə doğurmur. 1/8 final iştirakçılarından “Mançester
Yunayted”lə “Bordo” bir qədər rahat nəfəs ala bilər. Hər halda, “Milan” nə qədər
güclü olsa da, “Old Trafford”da iki top fərqi ilə qələbə qazanmaq heç də asan
məsələ deyil. “Olimpiakos”un Fransanın hazırkı liderini səfərdə yenməsi elə də
inandırıcı görünmür.
“Çelsi”, “Fiorentina”, “Arsenal”a növbəti mərhələyə çıxmaq üçün evdə 1:0 hesablı
qələbə, turnirin son qalibi olan “Barselona” ilə “Sevilya”ya qolsuz heç-heçə də
kifayətdir. İspaniyanın turnirdə daha bir təmsilçisi “Real” isə ona son illərdə
başağrısı olan “Lion”u ən azı iki top fərqi ilə məğlub etməlidir.
Qeyd edək ki, cavab 1/8 final oyunları martın 9-dan başlayaraq keçiriləcək.
16 fevral
“Lion” (Fransa) – “Real” (İspaniya) - 1:0
QOL: Makoun,
47
“Milan” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) - 2:3
QOLLAR: Ronaldinyo,
3; Zeedorf, 86 - Pol Skoulz, 38; Runi, 67; 75
17 fevral
“Bavariya” (Almaniya) – “Fiorentina” (İtaliya) - 2:1
QOLLAR: Roben,
45: Kloze, 90 - Kroldrup, 51
Qırmızı vərəqə: Massimo Qobbi, 73 (Fiorentina)
“Porto” (Portuqaliya) – “Arsenal” (İngiltərə) -2:1
QOLLAR: Varela,
11; Falkao, 51 - Campbell, 19
23 fevral
“Ştutqart” – “Barselona” – 1:1
QOLLAR: Kakau,
25 – İbrahimoviç, 52
“Olimpiakos” – “Bordo” – 0:1
QOL: Ziani,
45
24 fevral
MOİK (Rusiya) - "Sevilya" (İspaniya) - 1:1
QOLLAR: Mark
Qonsales, 66 - Alvaro Neqredo, 25
"İnter" (İtaliya) - "Çelsi" (İngiltərə) - 2:1
QOLLAR: Dieqo
Milito, 3; Esteban Kambiasso, 55 - Salomon Kalu, 51