“Barselona”
Almaniyada qələbəyə həsrət qaldı
UEFA Çempionlar Liqasında 1/8 mərhələsinin ilk oyunları çərçivəsində daha iki
görüş keçirilib.
Apasport.az saytının məlumatına görə, hər iki oyunda meydan sahibləri qələbə
üzünə həsrət qalıb. Turnirin ötən ilki qalibi olan “Barselona” Almaniyanın
“Ştutqart” klubu ilə görüşdə aşkar favorit sayısa da, səfərdə qələbə qazana
bilməyib. Bu azmış kimi, Kataloniya təmsilçisi yalnız ikinci hissədə rəqib
qapısına yol taparaq, məğlubiyyətdən xilas olub. Yeganə qola Ştutqartdakı
görüşdə zədə üzündən oynamayacağı gözlənilən Zlatan İbrahimoviç imza atıb.
İsveçli hücumçu fasilədən az sonra təcrübəli qapıçı Yens Lemannı ikinci cəhddən
məyus edib. Xüsusilə ilk hissədə daha yaxşı təsir bağışlayan almanlar
yığmalarının heyətində ötən il Bakıya gələn milliləşən braziliyalı hücumçu
Kakaunun sayəsində hesabda irəli çıxsa da, üstünlüyünü sona kimi qoruya
bilməyib.
Digər qrup qalibi “Bordo” klubu isə qələbə qazanmaq baxımından çətin sayılan
Yunanıstan səfərində buna nail olmaqla ¼ finala çıxmaq vəzifəsini böyük ölçüdə
həll edib. Hər halda, “Yuventus”, “Bavariya” kimi klubları evdə məyus edən Bordo
şəhərinin eyni adlı təmsilçisinin öz meydanında “Olimpiakos”a yeniləcəyi az
inandırıcı görünür. Qrup mərhələsində ən çox xal toplayan komanda olan “Bordo”
Afinada qələbə topunu fasiləyə saniyələr az qalmış vura bilib.
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunlarından son iki görüş (MOİK –
“Sevilya”, “İnter” – “Çelsi”) bu axşam keçiriləcək.
23 fevral
“Ştutqart” – “Barselona” – 1:1
Kakau, 25 – İbrahimoviç, 52
“Olimpiakos” – “Bordo” – 0:1
Ziani, 45
/apasport.az/