Konfederasiyalar Kuboku bu gün start götürür » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
Cənubi Afrika Respublikasında keçiriləcək futbol üzrə FİFA Konfederasiyalar Kuboku bu gün start götürür. Kubokun açılış matçında meydan sahibi Cənub Afrika ilə Asiya Çempionu İraq qarşılaşacaq.
Cəmi 8 komandanın mübarizə aparacağı çempionatda komandalar hərəsində 4 komanda olmaqla 2 qrupda çıxış edəcək.
Konfederasiyalar Kubokunda A qrupunun ilk sırasında avtomatik olaraq meydan sahibi ölkə Cənubi Afrika Respublikası yer alır. Ev sahibi ölkə ilə yanaşı bu qrupda Braziliya (2007 Amerika Çempionu), İtaliya (2006 Dünya Çempionu) və İspaniya (2008 Avropa Çempionu) milli komandaları da mübarizə aparacaqlar.
B qrupunda isə Misir, (2008 Afrika Millətlər Çempionu), İraq (2007 Asiya Çempionu), Yeni Zellandiya, (2008 Okeaniya Çempionu) və ABŞ (CONCACAF Qızıl Kubok Çempionu) milli komandaları yer alır.
2009 FİFA Konfederasiyalar Kubokunun oyunları Cənubi Afrika Respublikasının 4 şəhərindəki 4 stadionda keçiriləcək. /ANS PRESS/
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.