Maldini, Nedved və Fiqu futbolla vidalaşdılar » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
A seriyasında sonuncu 38-ci turun oyunları məşhur
futbolçuların karyeralarını bitirməsi ilə əlamətdar olub. “Milan”ın 41 yaşlı
əfsanəvi italyan müdafiəçisi Paolo Maldini və “Yuventus”un 37 yaşlı çexiyalı
yarımmüdafiəçisi Pavel Nedved karyeralarını başa vurublar.
Son oyunlarında kapitan sarğısını daşıyan hər iki təcrübəli futbolçu
stadiondakıların alqışları altında yola salınıblar. Həmin vaxt Paolonun atası,
İtaliya milli komandasının sabiq baş məşqçisi Çezari Maldini və futbolçunun
həyat yoldaşı, uşaqları da tribunada yer alıblar.
Daha bir futboldan gedən isə “İnter”lə çempionluq qazanan Luiş Fiqu olub. On
il öncə Azərbaycan milli komandası ilə Bakıdakı rəsmi oyunun son saniyələrində
vurduğu qolla yığmasını biabırçı məğlubiyyətdən (1:1) xilas edən 37 yaşlı
portuqaliyalı yarımmüdafiəçi Asiyadan gələn cəlbedici təklifləri qəbul
etməyib.
apa.az
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.