Barselona çempion » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
İspaniyanın “Barselona” klubu İngiltərənin “Mançestr Yunayted” komandasına 2:0
hesabı ilə qalib gəlməklə futbol üzrə Çempionlar Liqasının qalibi olub. Romada
keçirilən görüşün əvvəlindən Xosep Qvardiolanın yetirmələri ser Aleks Fergüsonun
komandasından daha maraqlı təsir bağışlayıblar. İspanlar rəqibə hücum xarakterli
oyun oynamağı təklif etsələr də, İngiltərə çempionu buna hazır olmadığını
nümayiş etdirib. Britaniyalılar görüşə fəal başlasalar da, rəqibin ilk hücumu
nəticə verib. “Barselona”nın kamerunlu hücumçusu Samuel Eto 10-cu dəqiqədə
“Mançestr Yunayet”in cərimə meydançpasına daxil olub və topu serbiyalı Neman
Vidiçin ayaqları arasında keçirdikdən sonra dəqiq zərbə ilə hesabı açıb. İlk
qoldan sonra İspaniya klubu oyuna nəzarəti ələ alıb. Oyunun ikinci hissəsində də
vəziyyət dəyişməyib və “Barselona” üstünlüyü əldən verməyib. 70-ci dəqiqədə
ispanlar Messinin başla vurdubu qolla hesabda irəli çıxıblar.Aleks Fergüson
ikinci hissədə daha iki hücumçunu-Karlos Teves və Dimitar Berbatovu meydançaya
buraxsa da, bu dəyişikliklər də ümidləri doğrultmayıb. Beləliklə, oyun İspaniya
klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. /ANS PRESS/
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.