Mançester Yunated və Barselona finalda » Islam Ислам :: Xeberler Новости :: Video Видео :: Futbol :: Zarafatlar Шутки :: Resmler Картинки :: Oyunlar Игры :: Intellektual Интеллектуальный :: Sevgi :: Avtos və avtomobillər :: SMS :: Proqramlar Программы :: Flash :: Derslikler Учебники :: Muxtelif Разное
6 may İspaniyanın “Barselona” klubu səfərdə İngiltərənin “Çelsi” klubu ilə heç-heçə
oynayaraq iki oyunun nəticəsinə uyğun olaraq finala çıxıb.
Hesab hələ
9-cu dəqiqədə açılıb. “Çelsi”nin oyunçusu Essyen cərimə meydançasının kənarından
gözəl zərbə ilə hesabı açıb. Bundan sonra oyun londonluların diqtəsi ilə keçib.
İspaniyalıların əsas oyunçularının hamısını “zərərsizləşdirən” “Çelsi” qapısı
ağzında təhlükəli vəziyyət yaradılmasına imkan verməyib. Oyunun 65-ci
dəqiqəsində isə “Barselona”nın oyunçusu Abidal qırmızı vərəqə alaraq meydançadan
qovulub.
Hamının oyunun bu hesabla bitəcəyini gözlədiyi zaman bərabərlik
qolu vurulub. “Barselona”nı finala aparan qolun müəllifi İnyesta olub – 1:1.
Onun 93-cü dəqiqədə vurduğu qol oyunun taleyini həll edib. Birinci oyun 0:0
hesabı ilə başa çatdığından, rəqib meydanında vurulan qol ispaniyalıları növbəti
mərhələyə çıxarıb.
Finalda “Barselona” İngiltərənin daha bir təmsilçisi
olan “Mançester Yunayted”lə qarşılaşacaq. Qeyd edək ki, final oyunu mayın 27-də
Romadakı “Olimpiko” stadionunda keçiriləcək.
5 may
“Mançester Yunayted” yarımfinalda “Arsenal”ı
üstələyərək finala vəsiqə qazanıb.
Xatırladaq ki, birinci oyun “Mançester Yunayted”in 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Müdafiədə son dərəcə gözəl oyun göstərən “Mançester Yunayted”
“Arsenal”ı oynamağa qoymadı. “Mançester Yunayted” əks-hücumda
oynayaraq əllərinə düşən imkanlardan gözəl istifadə etdilər. Bu həmlələrdən 3-ü
qonaqların dəqiq zərbəsi ilə başa çatdı. “Arsenal” isə oyunun sonuna az qalmış
penaltidən qollardan birinin əvəzini çıxdı. Beləliklə, “Arsenal” öz meydanında
“Mançester Yunayted”ə 1:3 hesabı ilə məğlub oldu.
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.