UEFA Kubokunun yarımfinal mərhələsinin ilk matçı Ukraynanın iki komandası
arasında keçirilib. "Şaxtyor" öz meydanında "Dinamo Kiyev"i qəbul edib.
Donetskin "Olympiyskiy" stadionunda keçirilmiş qarşılaşma "Şaxtyor"un 2-1
hesablı qələbəsi ilə başa çatıb. Kiyevdə keçirilmiş ilk matçda 1-1 hesablı
heç-heçə qeydə alındığından "Şaxtyor" finala vəsiqə qazanıb.
Yarımfinalın digər qarşılaşması isə iki alman klubu "Hamburq" və "Verder
Bremen" arasında keçirilib. öz meydanında 0-1 hesabı ilə məğlub olduğu
"Hamburq"u səfərdə 3-2 hesabı ilə məğlub edən "Verder Bremen" finala vəsiqə
qazanan növbəti komanda oldu.
Beləliklə, mayın 20-də İstanbulun "Şükrü Saracoğlu" stadionunda keçiriləcək
UEFA Kubokunun 2008-2009 mövsümünün final matçında Almaniyanın "Verder Bremen"
və Ukraynanın "Şaxtyor" klubu üz-üzə gələcəklər. /ANS
PRESS/