UEFA Kubokunun ilk yarmfinal qarşılaşmaları başa
çatıb
Alman duelindən «Hamburq» qalib çıxsa da, Ukrayna dueli
heç-heçə ilə nəticələnib
Yarımfinal oyunları ayın 30-da keçirilib. UEFA Kubokunun yarımfinal mərhələsinin ilk oyununda «Verder» və «Hamburq»
qarşılaşması ikincinin qələbəsi ilə başa çatıb. Bremendə keçirilən oyunda yeganə
qolu 28-ci dəqiqədə Petr Troxovski vurub. Bununla da səfərdə qələbə qazanan
«Hamburq» mayın 7-də keçiriləcək cavab qarşılaşması üçün üstünlük əldə edib.
Digər yarımfinal oyunu isə iki Ukrayna klubu arasında keçirilib. «Dinamo»
(Kiyev) və «Şaxtyor» qarşılaşması heç-heçə başa çatıb. Dmitrii çiqirinsekinin
avtoqolundan istifadə edən «Dinamo» irəli çıxsa da «Şaxtyor»un yarımmüdafiəçisi
Fernandinyo komanda yoldaşının səhvini düzəldib-1:1. /ANS
PRESS/