DataLife Engine > Futbol > UEFA kubokunda Ukrayna və Almaniya yarımfinalları
UEFA kubokunda Ukrayna və Almaniya yarımfinalları18 àïðåëÿ 2009. Ðàçìåñòèë: Ismail |
UEFA kubokunun yarımfinalında Ukrayna və Almaniya yarımfinalları baş tutacaq UEFA kuboku 1/4 finalının ilk yarımfinalçısı öz meydanında Fransa PSJ-sini darmadağın edən Kiyev «Dinamo»su oldu. Ev sahiblərinin heyətində Banqura və Vukoeviç fərqləndilər, daha bir topu fransalıların qapıçısı Mikael Landro öz qapısına atdı. Bir həftə əvvəl baş tutan ilk qarşılaşma zamanı hesab açılmamışdı. 1/2 finalda kiyevlilər başqa Ukrayna komandası – Donetsk «Şaxtyor»u ilə görüşəcəklər. Luçeskunun komandası ilk matçda Fransa «Marsel»i üzərində 2:0 hesablı qələbə qazanandan sonra, səfərdə də rəqibini devirdi – 2:1. Donetsklilərin braziliyalı legioneri Fernandinyonun qoluna marsellilər təkcə Hatəm Ben Arfanın qolu ilə cavab verdilər, əlavə olunmuş vaxtda isə Luis Adriano «Şaxtyor»a qələbə gətirən qola imza atdı. İkinci yarımfinalda iki alman klubu üz-üzə gələcək. Bremen «Verderi» İtaliya «Udineze»si üzərində ev qələbəsindən sonra (3:1), səfərdə qollu heç-heçəyə nail oldu – 3:3. Hətta ilk hissənin gedişində friuliyalılar hər iki matçın nəticəsinə görə hesabı bərabərləşdirməyə müvəffəq olmuşdular, ikinci hissənin əvvəlində isə daha bir neçə qol vurmaq üçün gözəl imkanlar əldə etsələr də, bundan yararlanmaq italyanlara nəsib olmadı. Əvəzində bremenlilər daha iki qol vuraraq 1/2 finala adladılar. «Udineze»nin heyətində türk əsilli isveçrəli Gökhan İnler və iki dəfə Fabio Kualyarella fərqləndilər, bremenlilərdən Dieqo dubl etdi, daha bir qolu isə qapıdan Pisarro keçirdi. Dieqo öz hesabına het-trik də yaza bilərdi, ancaq Domitsinin özü üzərində yol verdiyi fola görə hakimin təyin etdiyi penaltini Handanoviç dəf etdi. Bu epizodda müdafiəçinin topu xapı xəttindən çıxarandan sonra isə künc zərbəsindən gələn topu Pisarro qapıdan keçirib. Bremenlilərin yarımfinalda rəqibi səfərdə «Mançester Siti»yə sərfedici hesabla (1:2) məğlub olan «Hamburq» olacaq. Bu hesaba almanlar perulu forvard Gerreronun matçda hesabı açması hesabına nail ola bilib. Sonra mançesterlilər Elano və Felipe Kaysedonun qolları hesabına irəli çıxa bilsələr də, azlıqda qaldıqlarından lazım olan bir topu vura bilməyiblər. İlk matç «Hamburq»un 3:1 hesablı qələbəsi ilə başa çatmışdır. İlk yarımfinal matçları aprelin 30-da Kiyev və Bremendə, cavab görüşləri isə mayın 7-də Donetsk və Hamburqda baş tutacaq. Ukrayna və alman klublarının iştirakı ilə final qarşılaşması mayın 20-də İstanbulda keçiriləcək. |