Pavel Nedved futbolla vidalaşır
Nedved futbolla vidalaşmaq üçün uyğun vaxt olduğunu qeyd
edib
İtaliyanın "Yuventus" klubunun çexiyalı ulduz futbolçusu Pavel Nedved,
mövsümün sonunda futboldan gedəcəyini açıqlayıb. Nedved, Çempionlar Liqasında ¼
final mərhələsinin ilk matçında "Yuvnetus"un "Çelsi"yə 1-0 məğlub olduğu matçın
ardından Uefa.com-a verdiyi açıqlamada, oynamaqdan zövq aldığını, ancaq fiziki
və mənəvi vəziyyətini nəzərə aldıqda, gənc futbolçulara yol verməyin vaxtının
çatdığını düşündüyünü bildirib.
"Mənim hələ gənc futbolçu olduğumu düşünə
bilərsiniz, ancaq mən 37 yaşımı keçmişəm" deyən çex futbolçu, Çempionlar
Liqasında və İtaliya çempionatındakı nəticədən asılı olmayaraq professional
futbol həyatını bitirəcəyini deyib. Qərarının qəti olduğunu, fikrini
dəyişdirməyi düşünmədiyini bildirən Nedved, futbolla vidalaşmaq üçün uyğun vaxt
olduğunu qeyd edib.
Ulduz futbolçu karierasını Çempionlar Liqası zəfəri ilə
bitirmək istədiyini də vurğulayıb. /ANS PRESS/