DataLife Engine > Video > Hancock (2008) - anons (treyler)

Hancock (2008) - anons (treyler)


18 сентября 2008. Разместил: Ismail

HANCOCK (2008)

Los-Ancelesin məşhur sakini Con Henkok (Will Smith) qeyri-adi istedada malikdir, o, uçmağı bacarır, yaralanmaya qarşı davamlıdır. O, öz bacarıqlarından insanların həyatını xilas etmək və cinayətkarları ələ keçirmək üçün istifadə edir. Lakin o, bu işləri qeyri-standart edir. O, həm də alkoqolikdir. Tez-tez evləri, yolları dağıdır, şəhərə müxtəlif ziyanlar vurur, ondan narazı olanlarla normal davranmır.

Bir dəfə Henkok piar üzrə mütəxəssis Rey Embrini (Jason Bateman) xilas edir. Rey, təşəkkür olaraq Henkoka imicini dəyişməyi, alkoqolikdən superqəhrəmana çevrilməyi təklif edir. Əvvəl Henkok verdiyi zərərlərə görə həbsxanaya əyləşməli olur. Rey daim ona baş çəkir, ona müxtəlif fəndlər: səliqəli uçmağı və enməyi (bahalı maşınların üzərinə deyil), xüsusi kostyumda fədəkarlıq etməyi öyrədir.

Çox tezliklə polis Henkoku, quldurlar bankı qarət etdiyi və girov götürdüyü vaxt köməyə çağırır. Və artıq bu dəfə Henkok nəinki quldurları zərərsizləşdirir, həmçinin bütün bu işləri çox səliqəli yerinə yetirir.

Təsirlənən Henkok öz qəmli tarixşəsini Rey və onun arvadı Meriyə (Charlize Theron) danışır. Çox illər əvvəl o Mayami xəstəxanasında aldığı baş zədəsindən sonra ayılmışdır və buna qədər nələr olduğunu xatırlamır. Artıq bu hadisənin üzərindən 80 il keçib və Henkok heç dəyişməmişdir.

Gözlənilmədən bəlli olur ki, Henkok Los-Ancelesdə yeganə superqəhrəman deyil. Reyin arvadı da uçmağı bacarır və asanlıqla evin divarını sındıra bilir. Bu fenomen Henkoku maraqlandırmağa başlayır, belə ki, onun keçmişində kim olduğu aydın ola bilər. Henkok və Meri arasında baş verən mübahisə və mübarizədən sonra Meri hər şeyi danışmağı qərara alır. Belə ki, o, üç min il Henkokun arvadı olmuşdur. Lakin yüz il bundan qabaq ondan ayrılmışdır. Bunun onlar üçün daha yaxşı olacağını düşünmüşdür. Məlum olur ki, superqəhrəmanlar cüt-cütdür, onlar yanaşı olduğu zaman ölümlü olur və ələkeçən olurlar. Ona görə də bütün evli superqəhrəmanlar ölmüş, yalnız Meri və Henkok qalmışdır…
Увеличить картинку

Baş rolda Will Smith’in çəkildiyi filmin rejissoru Peter Berg'dir. Filmin ssenarisini Vincent Ngo və Vince Gilligan ləmə aldı.


YouTube Downloader vasitəsilə bu videonu yükləyə bilərsiniz. Əgər YouTube Downloader yoxunuzdursa, buraya daxil olun:

YouTube Downloader