
Rusiyanın “Zenit” klubu
tarixində ilk dəfə turnirin finalına vəsiqə qazanıb. Mayın 1-də
Sankt-peterburqlular yarımfinal mərhələsinin cavab görüşündə “Bavariya” (Almaniya)
komandasını mübarizədən kənarlaşdırıblar. Baş məşqçi Dik Advokatın yetirmələri
bu vəzifənin öhdəsindən artıqlaması ilə gələrək, Almaniyanın ən titullu
komandasının qapısından 4 cavabsız top keçiriblər.