DataLife Engine > Islam > Bir dəstə gül. Qəzəb və bədrəftarlıqların bəlaları
Bir dəstə gül. Qəzəb və bədrəftarlıqların bəlaları28 ìàÿ 2008. Ðàçìåñòèë: Ismail |
QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər. Kafi /2/302.***431–İmam Sadiq əleyhissalam buyurur: Bütün pisliklərin açarı qəzəbdir. Kafi /2/303.***432–İmam Riza əleyhissalam buyurur: Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi. Həzrət buyurdu: 1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə). Biharul-ənvar /25/27.***433–İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər. Kafi /2/303.***434–İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz. Kafi /2/303. |