QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI
430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Qəzəb imanı,
sirkə balı xarab etdiyi tək zay edər.
Kafi /2/302.
***
431–İmam Sadiq əleyhissalam buyurur: Bütün pisliklərin
açarı qəzəbdir.
Kafi /2/303.
***
432–İmam Riza əleyhissalam buyurur: Bir kişi
Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey
öyrətməsini istədi.
Həzrət buyurdu: 1. Qəzəblənmə;
2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə);
3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa
rəva bilmə).
Biharul-ənvar /25/27.
***
433–İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin
qarşısını alsa, Allah onun eybini örtər və gizlədər.
Kafi /2/303.
***
434–İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət
sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə
səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini
cilovlaya bilməsə) ağlına da sahib ola bilməz.
Kafi /2/303.