XOŞ
XASİYYƏTLİK VƏ ONUN YAXŞI SƏMƏRƏLƏRİ
423–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min
bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan
adamın dərəcəsinə və məqamına çatar.
Biharul-ənvar /71/373.
***
424–İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən
əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq
cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola
bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil.
Biharul-ənvar /78/111.
***
425–İmam Həsən Müctəba əleyhissalam buyurur: Həqiqətən ən
yaxşı şey gözəl xasiyyətdir.
Xisal /29.
***
426–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözəl
xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq;
2. Halallıq axtarmaq; 3.
Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq).
Biharul-ənvar /71/394.
***
427–İmam Zeynəl-abidin əleyhissalam buyurur: Yaxşı
danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında
istəkli edər və onu cənnətə daxil edər.
Xisal /317.
428–İmam Sadiq əleyhissalam buyurur: Üç şey vardır ki,
hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1. Yoxsul
olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və
xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə).
Kafi /2/103.
***
429–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:
Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb
olan xislət təqva və gözəl xasiyyətdir.
Kafi /2/100