DataLife Engine > Islam > Bir dəstə gül. Dində axtarış
Bir dəstə gül. Dində axtarış16 ìàÿ 2008. Ðàçìåñòèë: Ismail |
DİNDƏ AXTARIŞ418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Müsəlmanın həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!... Biharul-ənvar /1/176***419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: Hər kim dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi, ağlına gəlmədiyi yerdən ruzisini yetirər. Məhəccətul-beyza /1/15.***420–İmam Sadiq əleyhissalam buyurur: Şiə cavanları din öyrənməyi qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul olmadığını görsəm onu ədəbləndirərəm. Biharul-ənvar /1/214.***421–İmam Baqir əleyhissalam buyurur: Şiələrimizə xəbər ver, əgər onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar. Biharul-ənvar /2/29.***422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim xalqın dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü fəqih və alim kimi həşrə gətirəcək. Biharul-ənvar /2/153. |