DİNDƏ AXTARIŞ
418–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Müsəlmanın
həftədə (heç olmasa) bir gün dini məsələləri, halal-haramı öyrənməməsi necə də
böyük qəbahətdir, təəssüf edirəm belə şəxslərə!...
Biharul-ənvar /1/176
***
419–Peyğəmbəri-əkrəm (s.ə.v.v) buyurur: Hər kim
dinşünaslıqla məşğul olsa, Allah onun yaşayışını sahmana salar, gözləmədiyi,
ağlına gəlmədiyi yerdən ruzisini yetirər.
Məhəccətul-beyza /1/15.
***
420–İmam Sadiq əleyhissalam buyurur:
Şiə cavanları din öyrənməyi
qarşılarına məqsəd qoymalıdırlar. Əgər bir cavanın bu əhəmiyyətli işə məşğul
olmadığını görsəm onu ədəbləndirərəm.
Biharul-ənvar /1/214.
***
421–İmam Baqir əleyhissalam buyurur:
Şiələrimizə xəbər ver, əgər
onlara əmr olunanlara əməl etsələr, qiyamət günü nicat tapacaqlar.
Biharul-ənvar /2/29.
***
422–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Hər kim xalqın
dində ehtiyaclı olduğu qırx hədisi başqalarına öyrətsə, Allah onu qiyamət günü
fəqih və alim kimi həşrə gətirəcək.
Biharul-ənvar /2/153.