Metroda gediş haqqının 50 qəpiyə qaldırılması təklif edilir
Bu
barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib
2008-ci il ərzində metrolarda gediş haqqlarında qiymət artımı nəzərdə tutulmayıb.
Bu barədə Bakı metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib. Onun sözlərinə
görə, lakin hər il olduğu kimi bu il də Tarif Şurasına yeni təkliflər verilib.
T.Əhmədov qeyd edib ki, hazırda adambaşına gediş haqqı 5 qəpikdirsə, 2009-cu
ildə gediş haqları bir neçə dəfə qalxa bilər: «Mən hər rübdə Tarif Şurasına
dürüstləşmə verirəm. Hazırda iki qiymət təklif olunur- hazırki subsidiyanın
verilən qiyməti və ehtimal olunan qiymət. Bu qiymətlər 32 qəpik və 50 qəpikdir.
Tarif Şurasında hansı qiymət qəbul olunsa, o zaman həmin qiymət olacaq».
Tağı Əhmədovun sözlərinə görə, bütün dünyada yeraltı nəqliyyatın qiyməti yerüstü
nəqliyyatdan bahadır. Yeganə dövlət Azərbaycandır ki, burada metroda gediş haqqı
hər hansı yerüstü nəqliyyatın qiymətindən 2 dəfə azdır.
Tarif Şurasından verilən məlumata görə, 2008-ci ildə qiymət artımı ilə bağlı
idarəyə heç bir rəsmi məlumat daxil olmayıb: «Nə zaman Ki, Bakı metropoliteni
tərəfindən yeni təkliflər irəli sürüləcək, o zaman Tarif Şurası tərəfindən
müzakirə edilərək qərar qəbul ediləcək».
Qeyd edək ki, 2007-ci ildə Bakı metropoliteni tərəfindən müvafiq təkliflər irəli
sürülmüşdü. Tarif Şurası isə qiymət artımını münasib bilmədiyindən qiymətləri
olduğu kimi saxlayıb. /ANS PRESS/