DataLife Engine > Muxtelif - Разное > Klaviaturada unitazdakı qədər bakteriya var

Klaviaturada unitazdakı qədər bakteriya var


10 мая 2008. Разместил: Ismail

Klaviaturada unitazdakı qədər bakteriya var

İngiltərəli alimlər kompyuter klaviaturasında unitazdakı qədər bakteriya olduğunu üzə çıxarıblar.

Klaviaturadakı milyonlarla bakteriyanın istifadəçilərdə ishal, qusma və buna bənzər hallar doğura biləcəyi fikrini ortaya atan mütəxəssislər sözügedən bakteriyalar arasında kolibasili və infeksiyalara səbəb olan stafilokokun da yer aldığını açıqlayıblar. “Which?” adlı elmi jurnalda yayımlanan bu araşdırma çərçivəsində alimlər 33 klaviaturanı incələyiblər və buradakı bakteriyaları unitazlar və tualet qapılarının dəstəklərində olan bakteriyalarla müqayisə ediblər. Təcrübə zamanı məlum olub ki, bir klaviaturada unitazdakından 5 dəfə artıq bakteriya və mikrob var. Alimlər bu kirliliyin normal səviyyədən 150 dəfə artıq olduğunu bildiriblər. Klaviaturada bakteriyaların çoxalmasının başlıca səbəbi kimi istifadəçilərin kompyuter qarşısında yemək yeməsini göstərən mütəxəssislər yemək qırıntılarının bakteriyaların sürətli artımında xüsusi rol oynadığını açıqlayıblar. Alimlər istifadəçilərin gigiyena qaydalarına diqqət yetirməməsinin və əllərini yumamasının da kirliliyi artırdığına diqqət çəkiblər. /zaman.az/