İMAM
MƏHDİ VƏ ƏDALƏTİN HAKİMİYYƏTİ
397–Peyğəmbər (s.ə.v.v.) buyurur: Məhdi mənim nəslimdən,
Fatimənin övladlarındandır.
Sünəni Əbi Davud /4/107.
***
398–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xoş o adamın halına
ki, mənim Əhli-beytimin qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun
dostu ilə dost, düşməni ilə düşmən ola və ondan qabaqkı hidayətedici imamları da
qəbul edə. Bunlar mənim dostlarım, mehr-məhəbbətimi qazananlar və ümmətim
içərisində ən əzizlərimdir.
Biharul-ənvar -52-129.
***
399–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur:
Xudavəndi-aləm mənim Əhli-beytimdən bir nəfəri məb`us edəcək və o da yer üzünü
zülmlə dolduğu kimi ədalətlə dolduracaq.
Əl-müsənnəf /11/371.
***
400–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: İmamını
tanımayıb ölənlər cahiliyyət zamanında ölənlər kimidir. (Hal-hazırda İmam Zaman
Həzrət Məhdidir (ə.c)).
Müsnədi-Əhməd ibni Hənbəl /2/83, 3/446/4/96. Səhihi-Buxari /6/121, 1849 və əhli
sünnətin mənbələrindən olan daha 25 mənbə.
***
401–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Bizim
qaimimiz qiyam edən zaman asiman öz yağışını tökəcək, yer öz bitkilərini
göyərdəcək, bəndələrin ürəklərindən kinlər gedəcək, dörd ayaqlılar və yırtıcılar
mehribanlaşacaq və bir-birindən hürkməyəcəklər.
Biharul-ənvar /52/316.
***
402–Əbi Carud deyir: İmam Baqir əleyhissalama dedim: Ey
Rəsuləllahın övladı! Siz mənim şiəniz, dostunuz olduğumu, sizə ürəkdən
bağlandığımı bilirsinizmi?
Buyurdu: Bəli!
Dedim: Sualım var, istəyirəm cavab verəsiniz, çünki
gözlərim görmür, az gəzirəm və həmişə sizin ziyarətinizə nail ola bilmirəm.
Soruş -deyə buyurdu.
Ərz etdim: Siz özünüz və pak sülaləniz ibadət etdiyiniz
dini və o dinin Allahını mənə tanıtdırın, mən də Ona həmin şəkildə ibadət edim.
Buyurdu: Kiçik bir müqəddimə ilə başladın. Amma çox böyük
şey soruşdun.
And olsun Allaha ki, özümün və ata-babalarımın dinini sənə
deyəcəyəm. O din Allahın birliyinə, Məhəmmədin (s.ə.v.v.) risalətinə şəhadət
vermək, Rəbbimiz tərəfindən gətirdiklərini, bizim vəlimizin vilayətini iqrar
etmək, düşmənlərimizdən uzaq olmaq, göstərişlərimizə əməl etmək, Qaimimizin
(İmam Zaman əleyhissalamın) intizarında olmaq, (halal və vacib işdə) çalışmaq və
(haramdan) qorunmaqdır.
Kafi /1/34.
***
403–İmam Baqir əleyhissalam buyurur: Bizim Qaimimiz qiyam
etdiyi zaman, şərafətli əlini bəndələrin başı üzərinə qoyar, ağıllarını bir yerə
toplayıb elmlərini təkmilləşdirər, Allah-taala onların görmə-eşitmə
qabiliyyətini artırar və nəhayət onlarla Qaim (ə.c) arasında maneə olmaz. Həzrət
Qaim (İmam Zaman) hər zaman onlarla danışmaq istəsə, hər yerdə olsalar eşidərlər
və onlar haradan istəsələr Həzrətə baxar və Onu öz iqamətgahında görərlər.
Yovmul-xilas /269.
***
404–İmam Sadiq əleyhissalam buyurur: Qaim (ə.c)-ın
zamanında mö`min şəxs günçıxanda olsa, məğribdə olan mö`min qardaşını və əgər
məğribdə olsa, məşriqdəkiləri görər.
(Diqqət! Əziz oxucular, indi televizor və digər texnika
növləri bu hədisin başa düşülüb qəbul edilməsində bizə kömək edə bilər.)
Biharul-ənvar /52/391.
***
405–İmam Sadiq əleyhissalam buyurur: Onda Rükn ilə Məqam
arasında dayanar və ucadan səslənər: Ey köməklərim və yaxın adamlarım! Ey o
kəslər ki, Allah sizi zühurumdan qabaq mənim üçün köməkçi hazırlayıb, mənə tərəf
tələsin. Dünyanın şərqində, qərbində, mehrabda və ya yataqda olanlar İmamın
səsini eşidərlər. Həmin çağırış onların hamısının qulağına çatar və hamısı
Həzrətə sarı tələsərlər. Bir göz qırpımında
hamısı onun yanına toplaşarlar. Bu hadisə gün çıxandan bir az əvvəl baş
verəcəkdir.
Biharul-ənvar /53/7.
***
406–İmam Sadiq əleyhissalam Müfəzzələ Məhdi (ə.c)
həzrətləri və onun zühuru barədə bir şey danışıb buyurdu: Ey Müfəzzəl, İmam
Məhdi (ə.c.) həzrətlərinə aid olan xəbərləri şiələrimizə çatdır ki, dinlərində
şəkk-şübhə etməsinlər.
Biharul-ənvar /53/6.
***
407–İmam Məhdi (ə.c.) buyurur: Mən Məhdiyəm, mən
zəmanənin Qaimiyəm! Mən zülmlə dolan yer üzünü ədalətlə dolduranam. Yer üzü heç
vaxt ilahi höccətsiz olmaz və xalq durğunluqda qalmaz. Bu bir əmanətdir ki, haqq
əhli olan qardaşından başqa heç kəsə demə.
Kəmalüddin /445.
***
408–İmam Məhdi (ə.c.) buyurur: Amma qarşıya çıxacaq yeni
hadisələrdə bizim hədislərimizi rəvayət edənlərə müraciət edin, çünki onlar
sizin üçün mənim höccətlərimdir və mən də onlar üçün Allahın höccətiyəm.
Kəmalüddin /484.
***
409–İmam Məhdi (ə.c.) Şeyx Müfidə yazdı: Biz sizin
vəziyyət və xəbərlərinizdən tamamilə agahıq və heç bir şey bizə gizli deyildir.
Biharul-ənvar /53/175.
***
410–Və həmçinin bu namədə yazılmışdır: Biz sizə baş
vurmaqda və rəhbərlik etməkdə səhlənkarlıq etmirik, sizi yaddan çıxarmırıq. Əgər
belə olmasaydı çətinliklər hər tərəfdən üzərinizə hücum çəkər, düşmən sizi məhv
edərdi. Bəs böyük Tanrıdan qorxun.
Biharul-ənvar /53/175.
***
411–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurdu: Bir zaman gələr ki,
xalq alimlərə ancaq yaxşı geyiminə görə ehtiram edər, Qur`anı yalnız yaxşı səslə
oxuyana qulaq asar, Pərvərdigara təkcə Ramazan ayında ibadət edərlər. Qadınlar
həyasız olar, yoxsullar səbr etməz və dözümsüz olar, varlılar xəsislik edərlər.
Az olsa qane olmazlar və çox olsa doymazlar. Himmət və çalışdıqları qarınları,
dinləri pul, qiblələri isə arvadları olar. Evləri məscidlər olar, qoyun
canavardan qaçdığı kimi alimlərdən qaçarlar. Belə bir zaman gəlib çatdıqda və bu
sifətlər onlarda tapıldıqda
Allah onları üç şeyə düçar edər: Mallarının bərəkətini çəkər;
Zülmkarları onlara müsəllət edər;
Dünyadan imansız gedərlər.
Vəqayiul-əyyam /439.
***
412–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Bir zaman gələr,
ümmətimin başçıları zülmkar, alimləri tamahkar və təqvasız olar. İbadətləri
riyakarlıq və özlərini göstərmək üçün olar, tacirlər sələm yeyər və alverdə
malın eybini gizlədərlər, qadınları isə dünya zinətinə məşğul olar. O zaman pis
insanlar onlara müsəllət olar və yaxşıların duaları qəbul olmaz.
Biharul-ənvar /33/22.
***
413–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Bir zaman gələr
ki, ümmətim beş şeyi sevər və beş şeyi yaddan çıxarar…
1. Dünyanı sevər, axirəti yaddan çıxararlar;
2. Mal-sərvətə məftun olar, hesab verməyi yaddan çıxararlar;
3. Qadınları sevər, huriləri unudarlar;
4. Qəsrləri sevər, qəbirləri yaddan çıxararlar;
5. Özlərini sevər, Rəbblərini yaddan çıxararlar. Onlar məndən, mən də onlardan
uzağam.
İsna-əşəriyyə /202.
***
414–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ey Əbuzər, beş
şeyi beş şeydən qabaq qənimət say və qədrini bil: 1. Cavanlığı qocalıqdan qabaq;
2. Sağlamlığı xəstəlikdən qabaq;
3. Varlılığı yoxsulluqdan qabaq;
4. Rahatlığı çətinlikdən qabaq;
5. Həyat və diriliyi ölümdən qabaq.
Biharul-ənvar /77/77.
***
415–Əmirəl-mö`minin İmam Əli
əleyhissalam buyurur: Müsəlmanın ömrünün qalanı kimyadan
qiymətlidir.
Ğürərul-hikəm /257.
***
416–İmam Sadiq əleyhissalam buyurur: Qiyamət günü bir
dəstə adam gələr və behiştin qapısını döyər, onlara deyərlər: Siz kimsiniz?
Deyərlər: Biz səbr əhliyik. Soruşarlar: Nəyə səbr etmişdiniz? Deyərlər:
Allaha itaətdə, Onun hökmlərinə baş əyməkdə və günahdan uzaq olmaqda.
Allah-taala buyurar: Düz deyirlər, onlara yol verin, behiştə daxil olsunlar.
Budur Allahın buyurduğu: Həqiqətən səbr edənlər öz mükafatlarını hesabsız
alarlar.
Kafi /2/75.
***
417–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Xoş
olsun o adamın halına ki, həyatını uzun-uzadı arzularla bitirməyə və ömrün qısa
fürsətindən istifadə edə.
Ğürərul-hikəm /206.
***
Əfsanəvi bir maddədir ki, onu dəmirə vurduqda qızıla
çevirər.