Ağciyəri olmayan qurbağa növü tapılıb
Tədqiqatçı alim Devid Bikford və Sinqapur Universitetinin mütəxəssisləri Barneo
adasında qurbağaların yeni növünü tapıblar.
Uzun müddət bu məsələ ətrafında araşdırmalar aparan mütəxəssislər ağciyərləri
olmadan rahat nəfəs ala bilən qurbağaların varlığını üzə çıxarıblar. İlk dəfə bu
qurbağaları 1978-ci ildə Banduqa Texnoloji İnstitutunun bioloqu, indoneziyalı
Coko İskəndər görüb. Ancaq alimin onları yarıb içinə baxmaqdan boyun qaçırması
bu iddiaların sübut olunmasına imkan verməyib. Bu addımı atmağa yalnız uzun
müddət sonra Devid Bikford cəsarət edib. Bikfordun rəhbərlik etdiyi
mütəxəssislər heyəti müəyyənləşdirib ki, sözügedən qurbağalar dəriləri
vasitəsilə nəfəs alırlar. Qurbağalar arasında belə növ ilk dəfədir ki, tapılıb
və ümumiyyətlə, 4 ayaqlılar içərisində bu, çox nadir haldır. /zaman.az/