DataLife Engine > Muxtelif - Ðàçíîå > Acgöz həşəratlar maqnatı “soyublar”

Acgöz həşəratlar maqnatı “soyublar”


9 ìàÿ 2008. Ðàçìåñòèë: Ismail

Acgöz həşəratlar maqnatı “soyublar”

Hindistanın Bihar ştatından olan varlı şəxs bankda saxladığı pullarını termitlər (qarışqayabənzər həşəratlar) ucbatından itirib.

Dvarika Pasadanın sözlərinə görə, 2005-ci ilin sentyabrında Hindistan Mərkəzi Bankına valyuta ilə 450 min rupi (11 min dollar), qiymətli kağızlarla 232 min rupi (5660 dollar), həmçinin qızıl və gümüş əşyaları qoyub. Ancaq 2008-ci ilin yanvar ayında seyfi açanda orada yalnız toz və kağız qırıntıları görüb.
Bank rəsmiləri isə iddia edirlər ki, 2007-ci ilin may ayının 8-də termitlərin olması barədə elan asılıb və müştərilərdən kağız pullarını götürmək xahiş olunub. Bankın meneceri bildirib ki, əgər seyf salamat vəziyyətdədirsə, bank pullara görə heç bir məsuliyyət daşımır. Pulunu geri almayana qədər bankdan əl çəkməyəcəyini deyən müştəri yuxarı instansiyalara şikayət edib. Bank rəsmiləri isə hadisəyə görə kompensasiya ödəməyəcəklərinə əmindirlər. /zaman.az/