Domenek: "Almaniya finala çıxacq"
Fransa yığma komandasının baş məşqçisi Raymon Domenek hesab edir
ki, ölüm qrupu adlanan C qrupunda mərhələ adlamaq üçün hər şeydən əvvəl
Rumıniyanı məğlub etmək lazımdır. Onun fikrincə, sonra Hollandiya və Italiya ilə
oyunlarda uduzmamaq da kifayət edəcək: “Rəqiblərdən hər hansı birini zəif sayıb
siyahıdan silmək düzgün olmazdı. Məncə, zəif qrupda yer alan Almaniya finala
qədər irəliləyəcək, biz isə çempion olacağıq”. /Islam-Azeri.az/