DataLife Engine > Xeberler - Íîâîñòè > "Nestle" şirkətinin məhsullarının içərisindəki disk

"Nestle" şirkətinin məhsullarının içərisindəki disk


6 ìàÿ 2008. Ðàçìåñòèë: Ismail

««Nestle» şirkətinin məhsullarının içərisindəki diskdəki məlumatlara görə, biz məsuliyyət daşımırıq» 

Bu sözləri «Nestle» şirkətinin Qafqaz üzrə meneceri Jan Mişel deyib

«Nestle» şirkətinin məhsullarının içərisindəki diskdəki məlumatlara görə, biz məsuliyyət daşımırıq». Bu sözləri ANS-ə «Nestle» şirkətinin Qafqaz üzrə meneceri Jan Mişel deyib. O bildirib ki, 1996-cı ildən bu disk dünyaya yayılıb. «Bizim o qədər də günahımız yoxdur. «Nestle» bu diski yeni yaymağa başlayıb. Amma istəyirsinizsə mən sizdən üzr istəyə bilərəm». «Üzr istəməklə iş düzəlməz» iradına isə Jan Mişel «140 il tarixi olan bir firma sizdən üzr istəyir, daha nə istəyirsiz?» deyə cavab verib.

Millət vəkili Aynur Quliyeva isə bütün müvafiq dövlət orqanlarını «Nestle» firmasına təpki göstərməyə çağırıb.

Xatırladaq ki, firmaya məxsus məhsulların içərisində uşaqlar üçün çoğrafi məlumat adı altında siyasi məlumat yer alan disk yerləşdirilib. Diskdə qeyd edilir ki, Azərbaycan Ermənistana müharibə elan etmiş ölkədir. /ANS PRESS/