««Nestle»
şirkətinin məhsullarının içərisindəki diskdəki məlumatlara görə, biz məsuliyyət
daşımırıq»
Bu
sözləri «Nestle» şirkətinin Qafqaz üzrə meneceri Jan Mişel deyib
«Nestle»
şirkətinin məhsullarının içərisindəki diskdəki məlumatlara görə, biz məsuliyyət
daşımırıq». Bu sözləri ANS-ə «Nestle» şirkətinin Qafqaz üzrə meneceri Jan Mişel
deyib. O bildirib ki, 1996-cı ildən bu disk dünyaya yayılıb. «Bizim o qədər də
günahımız yoxdur. «Nestle» bu diski yeni yaymağa başlayıb. Amma istəyirsinizsə
mən sizdən üzr istəyə bilərəm». «Üzr istəməklə iş düzəlməz» iradına isə Jan
Mişel «140 il tarixi olan bir firma sizdən üzr istəyir, daha nə istəyirsiz?»
deyə cavab verib.
Millət vəkili Aynur Quliyeva isə bütün müvafiq dövlət orqanlarını «Nestle»
firmasına təpki göstərməyə çağırıb.
Xatırladaq ki, firmaya məxsus məhsulların içərisində uşaqlar üçün çoğrafi
məlumat adı altında siyasi məlumat yer alan disk yerləşdirilib. Diskdə qeyd
edilir ki, Azərbaycan Ermənistana müharibə elan etmiş ölkədir. /ANS PRESS/