ŞƏHADƏT VƏ ŞƏHİDLİK
393–Peyğəmbər (s.ə.v.v.) buyurur: Hər bir yaxşılıqdan
üstün bir yaxşılıq da vardır, amma bir adam əziz və cəlil Allahın yolunda
öldürülsə şəhidlik məqamına çatar və ondan yüksək və üstün heç bir yaxşılıq
yoxdur.
Biharul-ənvar /100/10.
***
394–İmam Sadiq əleyhissalam buyurur: Pərvərdigari-aləm
Allah yolunda ölən şəxslərin heç bir günahını özünə göstərməz (şəhidin bütün
günahları bağışlanır).
Kafi /5/54.
***
395–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: And olsun canım
əlində olan Allaha, əgər yer və göy əhli hamılıqla bir mö`mini öldürməyə
yığışsalar, yaxud bu işə razı olsalar, Rəbbim hamısını oda atacaq.
Biharul-ənvar /75/149.
***
396–Peyğəmbər (s.ə.v.v.) buyurur: Rəbbinin nəzərində heç
bir damla Allah yolunda tökülən bir qətrə qandan əziz deyildir.
Vəsailuş-şiə /15/14.