DataLife Engine > Futbol > Çempionlar Liqasının ikinci finalçısı Çelsi oldu (görüntülü)

Çempionlar Liqasının ikinci finalçısı Çelsi oldu (görüntülü)


1 ìàÿ 2008. Ðàçìåñòèë: Ismail

Çempionlar Liqasının ikinci finalçısı «Çelsi» oldu

Sonuncu yarımfinal oyununda «Çelsi» «Liverpul» üzərində 3-2 hesablı qələbə qazanıb

Çempionlar Liqasının mayın 21-də Moskvada keçiriləcək finalının ikinci iştirakçısı da məlum olub. Aprelin 30-da «Stemford Bric» stadionunda «Çelsi» və «Liverpul» komandası qarşılaşıb. Rəqiblərin «Enfild» stadionunda keçirilmiş ilk qarşılaşması 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Komandalar oyuna bu heyətlərlə başlayıb:

«Çelsi»: Çex, E.Koul, Makelele, Essyen, Karvalyu, Lempard, D.Koul, Droqba, Ballak, Kalu, Terri.

«Liverpul»: Reyna, Riyse, Cerrard, Torres, Benayun, Habi Alonso, Arbeloa, Kyoyt, Maskerano, Karraqer, Şkrtel.

Oyunun ilk dəqiqələrində «Çelsi» daha fəal görünüb. Ümumilikdə hakimin start fitindən dərhal sonra futbolçular yüksək templi oyun nümayiş etdirməyə başlayıblar. İlk təhlükəli vəziyyət «Çelsi»nin qapısı qarşısında yaranıb. 8-ci dəqiqədə Cerardın asma cərimə zərbəsinin qarşısını Ballak alıb. 14-cü dəqiqədə isə «Liverpul»un qapıçısının cəldliyi və topa operativ müdaxiləsi onu Droqba ilə təkbətək qalmaqdan xilas edib. 19-cu dəqiqədə «Liverpul»un qapısında daha bir təhlükəli vəziyyət yaransa da və Droqba qapıçı ilə təkbətək çıxsa da, bundan istifadə edə bilməyib. Onun zərbəsindən sonra top qapıdan azca aralı keçib. Droqba arzusuna oyunun 33-cü dəqiqəsində çatıb. Qapıçı Reyn Kalunun zərbəsini qaytarsa da, Droqbanın təkrar zərbəsi ilə hesab açılıb. Bununla da «Çelsi» 1:0 hesabı ilə irəli çıxıb. 41-ci dəqiqədə «Liverpul»lu Habi Alonso hücumun qarşısını yolverilməz fəndlə aldığına görə, hakim ona sarı vərəqə göstərib. Ballakın təhlükəli cərimə zərbəsi isə tam dəqiq olmayıb. Oyunun birindi hissəsi «Çelsi»nin hesabdakı üstünlüyü ilə başa çatıb.

Oyunun ikincisi hissəsinin əvvəlində topa «Çelsi» nəzarət etsə də, 49-cu dəqiqədə «Liverpul» rəqib qapısında təhlükəli vəziyyət yaradıb. Lakin «Çelsi»nin qapıçısı Çex Torresin zərbəsinin qarşısını ala bilib. 54-cü dəqiqədə Lempardın cərimə xəttinin üzərindən vurduğu təhlükəli zərbəni «Liverpul»un qapıçısı qaytarıb. 64-cü dəqiqədə «Liverpul» hesabı bərabərləşdirib. Torres Benayunun ötürməsini qola çevirib-1:1. İkinci hissənin sonunda hesab dəyişməyib və nəticədə hakim əlavə vaxt təyin edib.

Birinci əlavə 15 dəqiqədə «Çelsi» «Liverpul»un qapısından iki top keçirib və 3-1 hesabı ilə irəli çıxıb. İkinci əlavə 15 dəqiqədə isə «Liverpul» daha bir qol vurub və hesab 3-2 «Çelsi»nin xeyrinə olub. Nəticədə «Çelsi»- «Liverpul» qarşılaşması «Çelsi»nin 3-2 hesablı qələbəsi ilə başa çatıb. /ANS PRESS/


33' 1-0 Didier Drogba [Çelsi]


64' 1-1 Fernando Torres [Liverpul]


98' 2-1 Frank Lampard [Çelsi] pen.


105' 3-1 Didier Drogba [Çelsi]


117' 3-2 Ryan Babel [Liverpul]

/Goal.com/