Çempionlar Liqasının
ikinci finalçısı «Çelsi» oldu
Sonuncu yarımfinal
oyununda «Çelsi» «Liverpul» üzərində 3-2 hesablı qələbə qazanıb
Çempionlar Liqasının
mayın 21-də Moskvada keçiriləcək finalının ikinci iştirakçısı da məlum olub.
Aprelin 30-da «Stemford Bric» stadionunda «Çelsi» və «Liverpul» komandası
qarşılaşıb. Rəqiblərin «Enfild» stadionunda keçirilmiş ilk qarşılaşması 1:1
hesablı heç-heçə ilə nəticələnmişdi. Komandalar oyuna bu heyətlərlə başlayıb:
Oyunun ilk
dəqiqələrində «Çelsi» daha fəal görünüb. Ümumilikdə hakimin start fitindən
dərhal sonra futbolçular yüksək templi oyun nümayiş etdirməyə başlayıblar. İlk
təhlükəli vəziyyət «Çelsi»nin qapısı qarşısında yaranıb. 8-ci dəqiqədə Cerardın
asma cərimə zərbəsinin qarşısını Ballak alıb. 14-cü dəqiqədə isə «Liverpul»un
qapıçısının cəldliyi və topa operativ müdaxiləsi onu Droqba ilə təkbətək
qalmaqdan xilas edib. 19-cu dəqiqədə «Liverpul»un qapısında daha bir təhlükəli
vəziyyət yaransa da və Droqba qapıçı ilə təkbətək çıxsa da, bundan istifadə edə
bilməyib. Onun zərbəsindən sonra top qapıdan azca aralı keçib. Droqba arzusuna
oyunun 33-cü dəqiqəsində çatıb. Qapıçı Reyn Kalunun zərbəsini qaytarsa da,
Droqbanın təkrar zərbəsi ilə hesab açılıb. Bununla da «Çelsi» 1:0 hesabı ilə
irəli çıxıb. 41-ci dəqiqədə «Liverpul»lu Habi Alonso hücumun qarşısını
yolverilməz fəndlə aldığına görə, hakim ona sarı vərəqə göstərib. Ballakın
təhlükəli cərimə zərbəsi isə tam dəqiq olmayıb. Oyunun birindi hissəsi «Çelsi»nin
hesabdakı üstünlüyü ilə başa çatıb.
Oyunun ikincisi
hissəsinin əvvəlində topa «Çelsi» nəzarət etsə də, 49-cu dəqiqədə «Liverpul»
rəqib qapısında təhlükəli vəziyyət yaradıb. Lakin «Çelsi»nin qapıçısı Çex
Torresin zərbəsinin qarşısını ala bilib. 54-cü dəqiqədə Lempardın cərimə
xəttinin üzərindən vurduğu təhlükəli zərbəni «Liverpul»un qapıçısı qaytarıb.
64-cü dəqiqədə «Liverpul» hesabı bərabərləşdirib. Torres Benayunun ötürməsini
qola çevirib-1:1. İkinci hissənin sonunda hesab dəyişməyib və nəticədə hakim
əlavə vaxt təyin edib.
Birinci əlavə 15
dəqiqədə «Çelsi» «Liverpul»un qapısından iki top keçirib və 3-1 hesabı ilə irəli
çıxıb. İkinci əlavə 15 dəqiqədə isə «Liverpul» daha bir qol vurub və hesab 3-2 «Çelsi»nin
xeyrinə olub. Nəticədə «Çelsi»- «Liverpul» qarşılaşması «Çelsi»nin 3-2 hesablı
qələbəsi ilə başa çatıb. /ANS PRESS/