Metronun «Bakı Soveti» stansiyasının adı dəyişdirilib
Nazirlər Kabinetinin aprelin 25-də qəbul etdiyi qərara əsasən, «Bakı Soveti»
stansiyası «İçərişəhər» adlandırılıb
Nazirlər Kabineti Bakı Metropoliteninin «Bakı Soveti» stansiyasının adının
dəyişdirilməsi haqqında qərar qəbul edib.
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetinin
aprelin 25-də qəbul etdiyi qərara əsasən, «Bakı Soveti» stansiyası «İçərişəhər»
adlandırılıb. Hökumət Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Metropolitenə qərardan
irəli gələn məsələləri həll etmək tapşırığı verib. /ANS PRESS/