DataLife Engine > Islam > Bir dəstə gül. Zəhmət və tənbəllik
Bir dəstə gül. Zəhmət və tənbəllik28 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail |
ZƏHMƏT VƏ TƏNBƏLLİK389–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İbadət yetmiş qismdir ki, ən üstünü halal qazancdır. Təhzib /6/324.***390–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Tənbəlliyə, süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər. Ğürərul-hikəm /197.***391–İmam Baqir əleyhissalam buyurur: Tənbəllikdən və hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pisliklərin açarıdır. Biharul-ənvar /78/175.***392–Ənəs ibni Malik rəvayət edir: Allahın Rəsulu (s.ə.v.v.) Təbuk döyüşündən qayıdarkən Sə`d Ənsari Həzrəti qarşılamağa getdi. Peyğəmbər (s.ə.v.v.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: Əlin niyə qabar olub? Cavab verdi: Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə, kəndirlə işləyirəm. Peyğəmbər (s.ə.v.v.) onun əlini öpüb buyurdu: Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz. Üsdul-ğabə /2/299. |