ZƏHMƏT VƏ TƏNBƏLLİK
389–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: İbadət yetmiş
qismdir ki, ən üstünü halal qazancdır.
Təhzib /6/324.
***
390–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Tənbəlliyə,
süstlüyə adət edənlər heç vaxt xoşbəxt ola bilməzlər.
Ğürərul-hikəm /197.
***
391–İmam Baqir əleyhissalam buyurur: Tənbəllikdən və
hövsələsizlikdən uzaq olun, çünki bu iki xislət bütün pisliklərin açarıdır.
Biharul-ənvar /78/175.
***
392–Ənəs ibni Malik rəvayət edir: Allahın Rəsulu
(s.ə.v.v.) Təbuk döyüşündən qayıdarkən Sə`d Ənsari Həzrəti qarşılamağa getdi.
Peyğəmbər (s.ə.v.v.) onunla qucaqlaşıb görüşdükdən sonra soruşdu: Əlin niyə
qabar olub? Cavab verdi: Ey Allahın Rəsulu, ailəmi dolandırmaq üçün bellə,
kəndirlə işləyirəm. Peyğəmbər (s.ə.v.v.) onun əlini öpüb
buyurdu: Bu bir əldir ki, cəhənnəm odu əsla ona dəyməz.
Üsdul-ğabə /2/299.