DataLife Engine > Xeberler - Íîâîñòè > Funikulyor gələn ay paytaxt sakinlərinin istifadəsinə veriləcək

Funikulyor gələn ay paytaxt sakinlərinin istifadəsinə veriləcək


22 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail

Funikulyor gələn ay paytaxt sakinlərinin istifadəsinə veriləcək

Tam istifadəyə veriləndən sonra funikulyordan istifadə edənlərin sayı nəzərə alınaraq iş rejimində də dəyişikliklər ediləcək

Yaxın zamanlarda Parlament prospektindən Azneft meydanına getmək istəyənlər «Baksovet» yaxınlığındakı daimi tıxaclardan can qurtara biləcəklər. 2007-ci ilin yayından növbəti dəfə təmirə dayanan funikulyor gələn ay paytaxt sakinlərinin istifadəsinə veriləcək.

Əsaslı təmirdən sonra 2001-ci il dekabrın 31-də bərpa olunmuş funikulyor 2007-ci il iyulun 16-da vaqonların mühərrikində nasazlıq səbəbindən yenidən bağlanılıb. Hazırda Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində Lift Təmiri İstehsalat Birliyinə tabe olan Bakı funikulyorunda yenidən təmir işləri aparılır. Dövlət büdcəsindən ayrılan vəsait hesabına təmir olunan funikulyorun istifadə haqqı yenə də 20 qəpik olacaq. 48 yaşlı Bakı funikulyoru mayın 10-da istifadəyə veriləcək. Bakı funikulyorunun direktoru Tofiq İsmayılovun sözlərinə görə, iki vaqon işləyəcək: «Köhnələri təmir edirik. Ancaq nəzərdə tutulub ki, təzə vaqonlar da gətirilsin. Deyə bilmərəm nə vaxt, amma yaxın müddətdə olacaq. Vaqonlarda 28 nəfər yer var».

Qeyd edək ki, funikulyor on dəqiqəlik intervalla hərəkət edir və vaqonları saniyədə 2,5 metr sürətlə 4 dəqiqəyə bir stansiyadan digərinə çatır. Şəhərdə tıxac probleminin olduğunu nəzərə alsaq, funikulyordan istifadə çox əlverişlidir. Sakinlər Şəhidlər xiyabanından Azneft meydanına cəmi 4 dəqiqəyə çata biləcəklər. Funikulyorun direktoru Tofiq İsmayılov bildirib ki, təmir-bərpa işlərindən sonra funikulyordan istifadə edənlərin sayı artacaq. Çünkü burada əsas problem sərnişin azlığıdır. Tofiq İsmayılovun sözlərinə görə, onların əsas fəaliyyəti mövsumlə bağlıdır. Tam istifadəyə veriləndən sonra funikulyordan istifadə edənlərin sayı nəzərə alınaraq iş rejimində də dəyişikliklər ediləcək. Funikulyor səhər saat 10-dan axşam saat 22-dək işləyəcək./ANSPRESS/