DataLife Engine > Xeberler - Новости > Əsrin sonuna kimi dünya okeanının səviyyəsi 1,5 metr qalxacaq

Əsrin sonuna kimi dünya okeanının səviyyəsi 1,5 metr qalxacaq


22 апреля 2008. Разместил: Ismail

Əsrin sonuna kimi dünya okeanının səviyyəsi 1,5 metr qalxacaq

Alimlərin fikrincə, bu sahilyanı regionlar və okean səviyyəsindən aşağıda yerləşən ölkələr üçün əsl faciəyə səbəb olacaq

XXI əsrin sonlarınadək dünya okeanının səviyyəsi təxminən 1,5 metr qalxacaq. Bu nəticəyə BMT yanında iqlim dəyişiklikləri üzrə hökumətlərarası komissiya nümayəndələri gəliblər. Alimlər bunun sahilyanı regionlar, habelə dünya okeanı səviyyəsindən aşağıda yerləşən ölkələr üçün əsl faciəyə səbəb olacağını deyirlər. Bu məlumatlar Vyanada keçirilən elmi konfransda səslənib. Hökumətlərarası komissiyanın ekspertləri dünya okeanı səviyyəsinin belə sürətlə qalxmasının səbəbini hələ aydınlaşdıra bilməyiblər. Belə ki, buzlaqların əriməsi düşünüldüyündən daha mürəkkəb prosesdir. Finlandiya və Böyük Britaniya alimlərinin apardıqları son tədqiqatların nəticələrinə görə, son 2000 ildə iqlim okeanların səviyyəsinə həlledici təsir göstərib. /ANSPRESS/