MƏSLƏHƏT, MƏŞVƏRƏT
385–Həzrəti Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Əgər
hökmdarlarınız yaxşı adamlar, varlılarınız səxavətli insanlar olsaydı,
işlərinizdə bir-birinizlə məşvərət edib məsləhətləşsəydiniz, yerin üstü sizin
üçün yerin altından yaxşı olardı. Yox, əgər hökmdarlarınız pis adamlar,
varlılarınızsa paxıl
olsa, işlərinizi də məsləhət və məşvərətsiz həyata keçirsəniz yerin altı sizin
üçün yerin üstündən yaxşıdır.
Mənhəcus-sadiqin /2/373.
***
386–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Hər kim
ağıllılarla məşvərət etsə, onların ağıl şüasında işıqlığa çıxar.
Ğürərul-hikəm /334.
***
387–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ağıllı
insanlarla məsləhətləşmək, ağılın inkişaf etməsinin dəlilidir.
Biharul-ənvar /75/105.
***
388–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Məsləhətləşən insan
bədbəxt olmaz və məşvərətsiz, özbaşına qərar çıxaranlar xoşbəxtliyə çatmaz.
Nəhcül-fəsahə /533.