Bakı
dünyanın ən çirkli şəhəri elan edilib
Mercer Human Resource beynəlxalq konsaltinq firmasının gəldiyi nəticəyə görə,
Bakı suyun aşağı keyfiyyəti, neft gölməçələri, eləcə də havanın çirklənməsi
dərəcəsinə görə ən pis nəticə göstərən şəhərdir
Bakı
dünyanın 215 meqalopolisi arasında ən çirkli şəhər elan edilib. Bu barədə
nəticəyə Mercer Human Resource beynəlxalq konsaltinq firması gəlib. Təşkilat
suyun aşağı keyfiyyəti, neft gölməçələri, eləcə də havanın çirklənməsi
dərəcəsinə görə ən pis nəticə göstərən şəhərdir. Mütəxəssislərin fikrincə,
Bakıda havanın çirklənməsi neft hasilatı ilə bağlıdır və həyat üçün real təhlükə
yaradır. Martın sonlarında yekunlaşan araşdırmalara görə, Bakının atmosferini
çirkləndirən əsas komponentlər bərk cismlər (toz), karbon dioksidləri və s.dir.
Azərbaycan ekooloqları isə bildirir ki, havanın bu qədər çox çirklənməsinə səbəb
atmosferə zərərli maddələrin və avtomobillərdən işlənmiş qazın buraxılmasıdır.
Buraya milyonlarla ton tullantıları, Abşeron yarımdası üzərində ozon qatının
vəziyyətinin pisləşməsi, istehsal müəssisələri tərəfindən havaya karbon qazının
buraxılmasını da əlavə etmək lazımdır.
Xatırldaq ki, ötən ilin sentyabrında "Time" jurnalı çirklənmiş şəhərlərlə bağlı
məlumat dərc etmişdi. Dünyanın onlarla institutunun mütəxəssisləri tərəfindən
hazırlanmış siyahıda Sumqayıt dünyanın ən çirkli şəhərləri arasında 9-cu yeri
tutmuşdu. /ANSPRESS/