Əsrin sonuna kimi dünya okeanının səviyyəsi 1,5 metr
qalxacaq
Alimlərin fikrincə, bu sahilyanı regionlar və okean səviyyəsindən aşağıda
yerləşən ölkələr üçün əsl faciəyə səbəb olacaq
XXI əsrin sonlarınadək dünya okeanının səviyyəsi təxminən 1,5 metr qalxacaq. Bu
nəticəyə BMT yanında iqlim dəyişiklikləri üzrə hökumətlərarası komissiya
nümayəndələri gəliblər. Alimlər bunun sahilyanı regionlar, habelə dünya okeanı
səviyyəsindən aşağıda yerləşən ölkələr üçün əsl faciəyə səbəb olacağını
deyirlər. Bu məlumatlar Vyanada keçirilən elmi konfransda səslənib.
Hökumətlərarası komissiyanın ekspertləri dünya okeanı səviyyəsinin belə sürətlə
qalxmasının səbəbini hələ aydınlaşdıra bilməyiblər. Belə ki, buzlaqların əriməsi
düşünüldüyündən daha mürəkkəb prosesdir. Finlandiya və Böyük Britaniya
alimlərinin apardıqları son tədqiqatların nəticələrinə görə, son 2000 ildə iqlim
okeanların səviyyəsinə həlledici təsir göstərib. /ANSPRESS/