DataLife Engine > Muxtelif - Разное > Ən uzun adam üçün ən böyük velosiped
Ən uzun adam üçün ən böyük velosiped19 апреля 2008. Разместил: Ismail |
![]() Ən uzun adam üçün ən böyük velosiped
Dünyanın ən uzun adamı ünvanına sahib olan ukraynalı Leonid Stadnikin
arzularından biri reallaşıb.
Həmişə öz ölçülərinə uyğun nəqliyyat vasitəsi tapmaq problemi ilə üzləşən
Stadnik üçün xüsusi velosiped hazırlanıb. Bu velosipedin Leonidin uzanmaq
xəstəliyinə də çarə olacağı ehtimal edilir. Hazırda Stadnik velosipedə
uyğunlaşmağa çalışır. Sözügedən minik vasitəsi göstəricilərinə görə heç də
sahibindən geri qalmır. Belə ki, boyu 2 metr 59 santimetr olan “nəhəng ukraynalı”
üçün hazırlanmış bu velosiped dünyanın ən böyük velosipedi sayılır. Rusiyalı
mühəndisin əl işi olan velosiped 150 kiloqramdan artıq çəkini götürmək gücünə
malikdir. |