Qara
materiyanın mövcudluğunun sübutları ortaya çıxıb
İtaliya alimləri qara materiya hissəciklərinin detektorlara ən çox iyun ayında
və ən az dekabr ayında düşdüyünü bildirirlər
Qara
materiya axtarışı üzrə İtaliya alimlərinin apardığı DAMA/LİBRA təcrübəsinin
nəticələri qara materiya hissəciklərinin mövcudluğunu təsdiq edir. Bu barədə
aprelin 16-da Venessiyada keçirilən konfransda alimlər qrupunun rəhbəri Rita
Bernabey bildirib. Bir çox alimlər onun gəldiyi nəticələrə dırnaqarası
yanaşıblar.
Çağdaş elmi düşüncəyə görə, Kainatın bütöv çəkisinin 85 faizi qara materiyanın
payına düşür. Bu materiya elektromaqnit şüalanması üçün görünməz olduğuna görə,
adi astronomik metodlarla təyin edilə bilmir. Onun mövcudluğunu ehtimal etməyə
yalnız qravitasiya təsiri imkan verir. Çünki bu təsir görünən obyektlər üzərində
hiss edilir.
Qara materiyanın ehtimal edilən hissəciyi ingiliscə WIMP (Weakly Interacting
Massive Particle) adlanır və başqa dillərdə də bu hissəcikləri ifadə etmək üçün
«vimp» sözü işlənilir. Vimplər çox kiçikdirlər, qüvvə və elektromaqnit
təsirlərinə qatılmırlar. Ancaq onlar qravitasiya və zəif təsirlərdə iştirak
edirlər. Bununla yanaşı, hissəcik üçün böyük olan kütləyə malikdirlər. Buna görə
də təyin edilə bilərlər. Vimplərin axtarışı üçün yerdə bir neçə xüsusi detektor
quraşdırılıb. Onlardan biri də İtaliyanın Qran-Sasso dağında yerləşən DAMA/LİBRA
detektorudur. Detektorun əsas hissəsi 25 ədəd yüksək təmizlikli natrium yodid
kristalından ibarətdir. Onların ümumi çəkisi 250 kq-dır.
Vimpin atomun nüvəsinə düşməsi ətrafdakı elektronların həyəcanlanmasına səbəb
olur və bu, işıqlanma ilə qeydə alına bilir.
Hələ 2000-ci ildə Bernabeyin rəhbərlik etdiyi qrup detektorun gösəricilərinin
vimplərin mövcudluğunu təsdiq etdiyini bildirirdi. Hissəciklər detektora ən çox
iyun ayında və ən az dekabr ayında düşürlər. Alimlərin fikrincə, bu, Yerin
Kəhkəşanı (Ağ yol) əhatə edən qara materiaya qalaktikasının içindən keçməsi ilə
bağlıdır.
Elmi
dairələrdə Brendbeyin bu bəyanatı laqeydliklə qarşılanıb. Bu da araşdırmaçıları
əsəbiləşdirir. /ANS PRESS/