QƏNAƏTCİLLİK
380–İmam Sadiq əleyhissalam buyurur: Mən yaşayış
xərclərində (israf etməyib) orta səviyyədə yaşayan şəxslərin fəqir olmayacağına
zamin dururam.
Biharul-ənvar /71/346.
***
381–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Siyasət və
müdiriyyətdə lazım olan şey mülayimlikdir.
Ğürərul-hikəm /182.
***
382–Həzrət Əli əleyhissalam buyurur: Ehtiyacdan artıq
işlətmək israfdır.
Müstədrəkul-vəsail /15/271.
***
383–İmam Kazim əleyhissalam buyurur: Əgər insanlar orta
səviyyədə yemək yesəydilər, bədənləri möhkəm və davamlı olardı.
Biharul-ənvar /66/336.
***
384-Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ölülər
qəbiristanlıq kənarından keçən hər kəsi çağırıb deyərlər: Ey dili-qafil, biz
başa düşənləri bilsəydin bədənindəki ətin əriyərdi.
İrşadul-qülub.