DataLife Engine > Islam > Bir dəstə gül. Fani dünya və onun həlak edici cazibəsi

Bir dəstə gül. Fani dünya və onun həlak edici cazibəsi


10 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail

FANİ DÜNYA VƏ ONUN HƏLAK EDİCİ CAZİBƏSİ

365–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur:  Ölmüş şəxsin cənazəsi (dəfn olunmaq üçün) aparılan zaman ruhu cəsədinin üstündə dayanıb fəryad edər:  Ey övladlarım, ey qohumlarım, olmaya dünya məni aldatdığı kimi sizi də aldada! Halal-haramı yığıb başqaları üçün qoydum, zəhməti mənim, ləzzəti isə başqalarının oldu! (Hesab-kitabını, əzabını mən çəkəcəyəm). Bəs çalışın, mənim günümə düşməyin.

Biharul-ənvar /6/161.

 
***
 

366–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Əgər insan əcəlinin necə də tez yetişəcəyini bilsəydi, dünyadan və dünya arzularından cana doyardı.

Biharul-ənvar /73/166.

 
***
 

367–İmam Kazim əleyhissalam buyurur:  Dünya zahiri yumşaq, batini isə zəhərli olan ilana bənzər. Ağıllı, savadlı insanlar belə bir ilandan qaçar, uşaqlar və nadanlar isə ilanı tutmaq üçün onun üstünə gedərlər.

Biharul-ənvar /78/311.

 
***
 

368–İmam Sadiq əleyhissalam buyurur:  Bütün pislik və günahların mənbəyi dünyaya bağlanmaqdır.

Kafi /2/315.

 
***
 

369–İmam Hüseyn əleyhissalam buyurur:  (Bə`zi) insanlar dünyanın quludurlar, dindarlıqları yalnız dillərindədir, maddi həyatları yaxşı olsa dindardırlar, çətinlik yarandıqda, imtahan edildikdə isə görərsən ki, dindar azdır.

Biharul-ənvar /78/117.

 
***
 

370–İmam Həsən əleyhissalam buyurur:  Cisminin yeməyi barəsində düşünən, ruhunun qidasını unudan şəxslərə təəccüb edirəm. Onlar qarınlarını zərər verici yeməklərdən qoruyur, amma sinəsini puç və həlakedici şeylərlə doldurur.

Səfinətül-bihar /2/84.

 
***
 

371–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Hərislik, qorxu və paxıllıq imanın azlığı və Allaha bədgümanlığın nəticəsidir.

Nəhcül-bəlağə /53.

 
***
 

372–İmam Sadiq əleyhissalam buyurur:  (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək.

Mən layəhzuruhul-fəqih /4/418.

 
***
 

373–İmam Sadiq əleyhissalam buyurur:  Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar: 

1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid.

Kafi /2/320.

 
***
 

374–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Bir çox bədbəxt insanlar var ki, əcəlləri çatıb, amma onlar hələ də mal-dövlət toplamağa məşğuldurlar.

Ğürərul-hikəm /240.

 
***
 

375–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Öz başına qərar qəbul etmə, təkcə öz fikri əsasında (məşvərətsiz) əməl edənlər məğlub olacaqdır.

Təsnifu Ğürərul-hikəm /443.

 
***
 

376–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər.

Təsnifu Ğürərul-hikəm /443.

 
***
 

377–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Xalqın fəlakətə uğraması və cəhənnəmə getməsi iki şeylədir:  1. Yoxsulluqdan qorxmaq; 2. Özünü yüksək tutmaq.

Biharul-ənvar /72/39.

 
***
 

378–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur:  Özünü bəyənməkdən, zahiri yaxşılıqlara arxalanıb, özünü tə`rifləməkdən qorun. Çünki bu, Şeytanın ən mö`təbər fürsətlərindəndir.

Ğürərul-hikəm /298.

 
***
 

379–İmam Sadiq əleyhissalam buyurur:  Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz.

Kafi /2/310.