DataLife Engine > Futbol > ÇL: İlk yarımfinalçılar bugün məlum olacaq

ÇL: İlk yarımfinalçılar bugün məlum olacaq


8 àïðåëÿ 2008. Ðàçìåñòèë: Ismail

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olacaq

1/4 final mərhələsinin cavab matçında «Çelsi» «Fənərbaxça»nı, «Liverpul» isə «Arsenal»ı qəbul edəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olacaq. 1/4 final mərhələsinin cavab matçında «Çelsi» «Fənərbaxça»nı, «Liverpul» isə «Arsenal»ı qəbul edəcək.

Mütəxəssislər «Çelsi»-«Fənərbaxça» cütünün favoriti kimi birincləri görürlər. Onları şanslı edən məqam ilk öncə səfər matçında fərqlənmələri və həlledici görüşü doğma «Stamford Bric» arenasında keçirmələridir. «Çelsi»nin əsas qapıçısı zədəli olduğundan bu dəfə də komandasına kömək edə bilməyəcək.

«Fənərbaxça» isə bu matçda müdafiəçlər Gökan Gönülün və Roberto Karlosun oyunundan faydalana bilər.

«Çelsi»dən fərqli olaraq, Londonun digər təmsilçisi «Arsenal» isə Enfild Roudda «Liverpul»un qonağı olacaq. Xatırladaq ki, bu komandaların ilk görüşü 1-1 hesabı ilə nəticələnmişdi. Bu oyun öncəsi «Arsenal» bir daha İngiltərə çempionatının son turunda «Liverpul»la qarşılaşıb. Bu dəfə də komandalar sülhlə ayrılıblar və hesab 1-1 olub. Mütəxəssislər Rafael Bentesin komandasını cütün favoriti sayırlar. /ANS PRESS/