
Bu
gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar məlum olacaq. 1/4
final mərhələsinin cavab matçında «Çelsi» «Fənərbaxça»nı, «Liverpul» isə «Arsenal»ı
qəbul edəcək. «Çelsi»nin əsas qapıçısı
zədəli olduğundan bu dəfə də komandasına kömək edə bilməyəcək.
«Fənərbaxça» isə bu matçda müdafiəçlər Gökan Gönülün və Roberto Karlosun
oyunundan faydalana bilər.