DataLife Engine > Muxtelif - Разное > Heykəlin qulağını oğurlayan finlandiyalı həbs edilib

Heykəlin qulağını oğurlayan finlandiyalı həbs edilib


7 апреля 2008. Разместил: Ismail

Heykəlin qulağını oğurlayan finlandiyalı həbs edilib

Çilinin Pasxa adasında Finlandiya vətəndaşı məşhur daş heykəllərdən birinin qulağını oğurlayarkən yaxalanıb.

Yerli sakinlərdən biri Marko Kulyunun 4 metrlik abidənin qulağını qırdığını görüb. Turist iri daşı əlində saxlaya bilməyib və o, yerə düşərək parçalanıb.

Polis məntəqəsində məlum olub ki, Kulyu nəinki heykəlin bir hissəsini qoparıb, hətta qulağın hissəciklərindən birini oğurlayıb qaçmağa cəhd göstərib. Əgər Kulyunun cinayəti sübuta yetirilsə, onu 7 il həbs və pul cəriməsi gözləyir.
Məsələ barədə açıqlama verən Çili hökuməti bildirib ki, belə hallar tez-tez baş verir və onların qarşısını almaq heç də həmişə mümkün olmur. Belə ki, arxeoloji abidələr burada hər yerdə var. Alimlər müəyyən ediblər ki, Pasxa adasında 100 metr hündürlükdə və 800 ton çəkidə 900 daş heykəl var. Bu abidələr 1995-ci ildə UNESCO-nun dünya mədəni irsi obyektlərinin sırasına daxil edilib. “Abidə oğruları”nın məqsədi isə belə tarixi əsərlərin hissələrini ələ keçirərək qara bazarda kolleksionerlərə satmaqdır. /zaman.az/